Bank Of Baku

Azərbaycanla Litva enerji sahəsində əməkdaşlıqda maraqlıdır

Azərbaycanla Litva enerji sahəsində əməkdaşlıqda maraqlıdır
# 03 iyun 2014 06:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Litvanın energetika naziri Yaroslav Neveroviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, R.Abdullayev Caspian Oil&Gas sərgi və konfransında iştirak üçün dəvəti qəbul etdiyinə görə qonağa təşəkkürünü bildirib.

 

O, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın əhəmiyyətli ölkəyə çevrildiyini nəzərə çatdırıb, bu baxımdan qısa müddətdə yaradılmış etibarlı ixrac neft və qaz kəmərləri sisteminin rolunu qeyd edib.

 

Y. Neveroviç təmsil etdiyi hökumətin və Litva şirkətlərinin Azərbaycanın enerji sektoruna, xüsusilə də ARDNŞ ilə əməkdaşlığa böyük maraq göstərdiyini bildirib. O, ARDNŞ-nin Avropada həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayıb, Azərbaycan şirkətinin qısa müddət ərzində qazandığı uğurları yüksək qiymətləndirib.

 

R.Abdullayev Litva ilə Azərbaycan arasında enerji sektorunda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlərin mövcud olduğunu bildirib. O, Azərbaycanın açıq ölkə olduğunu, xarici sərmayələrin təşviqi və qorunması üçün bütün lazımi şəraitin yaradıldığını vurğulayaraq qeyd edib ki, ARDNŞ-də iqtisadi cəhətdən əlverişli olan bütün layihələr layiqincə dəyərləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR