Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci il ərzində Azərbaycan və Rusiya arasında elektrik enerjisi mübadiləsi 169,5 mln. kVt/s təşkil edib.
"APA-Economics" xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.
2015-ci il ərzində Azərbaycandan Rusiyaya 114 mln. kvt/s həcmində elektrik enerjisi ixrac edilib.
Hesabat dövründə Rusiyadan Azərbaycana 55,5 mln. kVt/s elektrik enerjisi nəql olunub.