Bank Of Baku

Azərbaycanlı alimlərin məqaləsi dünyanın nüfuzlu jurnalında çap olunub

Azərbaycanlı alimlərin məqaləsi dünyanın nüfuzlu jurnalında çap olunub
# 29 aprel 2015 07:37 (UTC +04:00)

 

Bakı-APA. Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovun və MBA Departamentinin direktoru dosent Nazim Hacıyevin “The impact assessment of investment on economic growth in competitive conditions in the Republic of Azerbaijan” adlı elmi məqaləsi  “Global journal for research analysis” (IMPACT 3,1218)  jurnalında  çap edilib.

                           

Universitetdən APA-ya verilən məlumata görə, məqalədə Azərbaycan iqtisadiyyatının statistik məlumatları əsasında Keyns tipli istehlak funksiyasının parametrləri ekonometrik olaraq qiymətləndirilib. Başqa sözlə, istehlaka son hədd meylliliyi tapılaraq avtonom investisiyaların artımının ÜDM-ə təsirini əks etdirən multiplikator müəyyənləşdirilib.

 

Müəyyən olunub ki, istehlaka son hədd meylliliyi azaldığında multiplikatorun qiyməti də aşağı düşür. Daha sonra akseleratorun qiyməti müəyyən olunaraq təhlillər aparılıb. Təhlilin nəticəsi göstərib ki, istehlaka meylliliyin aşağı düşməsinə baxmayaraq (multiplikativ effektin azalması), akseleratorun qiyməti artmayıb.

 

Multiplikator və akseleratorun qarşılıqlı təsir modeli əsasında müəyyən edilib ki, multiplikator və akseleratorun mövcud qiymətləri ÜDM-in tərəddüdlü artımına gətirib çıxara bilər.

 

Məqalənin sonunda ÜDM-in tarazlı artımının yaradılması üçün multiplikator və akseleratorun zəruri qiymətləri verilib və onun əldə olunması istiqamətləri göstərilib.

Məqalənin dərc olunduğu jurnal Thomson Reuters; Google Schoolar; SCIRUS (www.scirus.com); ScienceDirect, Elsevier; SCOPUS; Cite Factor Academic Scientific Journals; Connect Journal; DJQF –Directory of Journal Quality Factor; Eye Source-International Society of Universal Research in Sciences; SOCOLAR; IISS – International Institute for Strategic Studies; CSA – ILLUSTRATA – Leadership in deep Indexing; Jour informatics; International Institute for Research Impact factor Journals (IFJ) indekslərinin üzvüdür.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR