Bank Of Baku

Bakı Ali Neft Məktəbi Polşanın Elm və Texnologiya Universiteti ilə Anlaşma Memorandumu imzalayıb - FOTOSESSİYA

Bakı Ali Neft Məktəbi Polşanın Elm və Texnologiya Universiteti ilə Anlaşma Memorandumu imzalayıb - <span style="color: red;">FOTOSESSİYA
# 09 iyul 2014 11:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakı Ali Neft Məktəbi Polşanın AGH (Krakov) Elm və Texnologiya Universiteti ilə “Anlaşma Memorandumu” imzalayıb.

 

Bakı Ali Neft Məktəbindən “APA-Economics”ə verilən məlumata görə, sənədi hər iki təhsil ocağının rektoru Elmar Qasımov və Tadueş Slomka imzalayıb.

 

Sənəddə tələbə və mütəxəssislərin mübadiləsi, tədris proqramlarının hazırlanması və tətbiqi, birgə tədqiqatların aparılması, elmi forumların təşkili, informasiya resurslarının mübadiləsi və s. kimi məsələlər üzrə fəaliyyət nəzərdə tutulub.

 

E. Qasımov Azərbaycan ilə Polşa arasında olan əlaqələrin böyük tarixə malik olduğunu, hələ XIX əsrin sonlarından polşalı mütəxəssislərin Bakıda müxtəlif sahələrdə fəaliyyət göstərdiklərini xatırladıb, məşhur polşalı mühəndis Pavel Pototskinin Bibi-Heybət ərazisinin bir hissəsinin torpaqlanmasında və orada dəniz neftinin hasilatı üçün imkanlar yaradılmasında müstəsna rol oynadığını vurğulayıb.

 

Bakı Ali Neft Məktəbinin rektoru iki ölkə arasında çoxşaxəli əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini qeyd edib.

 

T. Slomka Bakıda polşalı mütəxəssislərin fəaliyyətinə yüksək qiymət verildiyinə görə minnətdarlığını bildirib. O, Polşanın məşhur ali təhsil ocaqlarından birinin rəhbəri kimi hər iki ölkənin təhsil mərkəzləri ilə əməkdaşlığın inkişafına hərtərəfli dəstək verməyə hazır olduqlarını qeyd edib.

 

Görüşün sonunda  professor T. Slomkaya Bakı Ali Neft Məktəbinin “Fəxri Qonaq” diplomu təqdim edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR