Bank Of Baku

Bakı və Abşeron rayonunun bəzi hisslərinin qaz təchizatı məhdudlaşdırılır

Bakı və Abşeron rayonunun bəzi hisslərinin qaz təchizatı məhdudlaşdırılır
# 27 aprel 2016 07:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakının Nərimanov, Sabunçu, Xəzər, Xətai və Abşeron rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması və yeni çəkilmiş qaz xətlərinin mənbəyə qoşulması, qaz xətti üzərində quraşdırılmış siyirtmənin təmiri və aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi ilə əlaqədar, aprelin 27-də saat 09:00-dan  işlər yekunlaşanadək Nərimanov rayonunun Atatürk prospekti ərazisində, Sabunçu rayonunun Pirşağı, Nardaran və Kürdəxanı qəsəbələrində, Xəzər rayonunun Buzovna qəsəbəsində, Xətai rayonunun Gəncə prospekti, M. Hadi küçəsi və Zığ yolu ərazisində həmçinin Abşeron rayonunun Xırdalan və Mehdiabad qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR