2017-ci ilin yanvar-noyabr ayları ərzində Bakı şəhərində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 mlrd. 469,2 mln. manat olmaqla əvvəlki ilin analoji dövrü ilə müqayisədə 9,2% azalıb.
Bakı şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, neft məhsullarından avtomobil benzininin istehsalı 4,7%, neft koksunun istehsalı 6,8%, neft bitumunun istehsalı 22,7%, sürtgü yağlarının istehsalı 3,7 dəfə artıb, dizel yanacağının istehsalı 20%, yanacaq mazutunun istehsalı 42,6%, ağ neftin istehsalı isə 6,9% azalıb.
Neft məhsullarının istehsalı sahəsində əsas məhsul növlərinin buraxılışı:
|
Məhsul növləri
|
2017-ci ilin yanvar-noyabr aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.12.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
|
Avtomobil benzini, min ton |
1 097,6 |
104,7 |
55,2 |
|
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton |
169,0 |
96,5 |
1,1 |
|
Ağ neft, min ton |
539,0 |
93,1 |
13,4 |
|
Dizel yanacağı, min ton |
1 718,4 |
80,0 |
53,1 |
|
Yanacaq mazutu, min ton |
262,5 |
57,4 |
7,0 |
|
Sürtkü yağları, min ton |
33,6 |
3,7 d. |
8,2 |
|
Neft bitumu, min ton |
208,8 |
122,7 |
2,9 |
|
Neft koksu, min ton |
197,5 |
106,8 |
1,3 |