Bank Of Baku

Bakıda əczaçılıq məhsullarının istehsalı 2,6 dəfə artıb

Bakıda əczaçılıq məhsullarının istehsalı 2,6 dəfə artıb
# 04 dekabr 2017 12:18 (UTC +04:00)

Cari ilin yanvar-oktyabr ayları ərzində Bakı şəhərində kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 251,3 mln. manatlıq məhsul istehsal edilib.

 

Bakı şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 46,9%, əczaçılıq məhsullarının istehsalında 2,6 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 21,8% artıb.

 

Əsas kimya məhsullarından metil spirti istehsalı 2,3 dəfə, azot istehsalı 3 dəfə, naften turşularının istehsalı 78,8%, barium sulfatın istehsalı 17%, lak-boya məmulatlarının istehsalı 6,9% artıb. Bununla yanaşı, oksigen istehsalı 65,2% azalıb.

 

Rezin və plastik kütlə məmulatlarından polietilen kisə və çantaların istehsalı 40,5% artıb, liflə armaturlaşdırılmış sair bərk plastik borular, borucuqlar, qollar, şlanqların istehsalı 17,4%, plastik yemək və mətbəx qablarının istehsalı 2,6%, bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı isə 48,2% azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR