Bank Of Baku

Bakıda Enerji Tənzimləyicilərinin Beynəlxalq Assosiasiyasının İnvestisiyalar və Enerji Tənzimlənməsi üzrə XIII toplantısı keçirilir - YENİLƏNİB - FOTOSESSİYA

Bakıda Enerji Tənzimləyicilərinin Beynəlxalq Assosiasiyasının İnvestisiyalar və Enerji Tənzimlənməsi üzrə XIII toplantısı keçirilir - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 27 oktyabr 2014 07:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda Enerji Tənzimləyicilərinin Beynəlxalq Assosiasiyasının (ERRA) İnvestisiyalar və Enerji Tənzimlənməsi üzrə 13-cü toplantısı keçirilir.


APA-Economics”in məlumatına görə, konfransda 40-a yaxın ölkədən 200-dən artıq nümayəndə iştirak edir. Konfransın açılışında çıxış edən ERRA-nın sədri Alparslan Bayraktar qurumun toplantısının Azərbaycanda keçirilməsindən məmnunluq ifadə edib. O, ERRA ölkələrindən də danışaraq qeyd edib ki, Azərbaycan bu ölkələr arasında ən sürətlə inkişaf edən dövlətdir: “ERRA dövlətləri arasında qurulan əməkdaşlıq çox mühüm əhəmiyyətə malikdir. Xüsusilə də enerji təchizatı sahəsində inkişaf edən əməkdaşlıq Azərbaycanın bu sahədə inkişafına, enerji təhlükəsizliyinin təminatına tam dəstək verir. Əgər ERRA çərçivəsində bu sahədə dayanıqlı planlar olmasa, ciddi problemlər yaranacaq. Bəllidir ki, Azərbaycan dünyada ən sürətlə böyüyən enerji ölkələrindən biridir”.

ERRA rəhbəri Azərbaycan, Gürcüstan və Türkiyənin bütün sahələrdə əməkdaşlığını bölgədə ən etibarlı tərəfdaşlıq adlandırıb: “Bu, tək enerji sahəsində deyil, bütün sahələrdə baş verir. ERRA ilə bağlı baş verən dəyişiklər çox gözəl şəkildə baş verir. Biz bu yaxınlarda Azərbaycan Bərpa Olunan və Alternativ Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə alternativ enerji mənbələri ilə bağlı yeni əməkdaşlıq müqaviləsi imzaladıq. ERRA üzvü olan dövlətlər su resurslarının enerji sahəsində istifadəsi üçün birgə əməkdaşlıqla bağlı razılığa gəliblər. Bu tədbirdə sadaladığım enerji və digər məsələlərin müzakirə olunması bizim üzv dövlətlər üçün mühüm əhəmiyyətə malikdir”.

Konfransda çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov Azərbaycanın regionun enerji təminatında rolundan, həyata keçirilən neft-qaz müqavilələrinin əhəmiyyətindən danışıb.


O, həmçinin neft-qazla yanaşı, Azərbaycanda alternativ və bərpa olunan enerjinin inkişafı sahəsində işlər görüldüyünü bildirib. Onun sözlərinə görə, ümumi enerji istehsalında alternativ və bərpa olunan enerjinin payının artırılması planlaşdırılır.


Konfransda çıxış edən Gürcüstan energetika nazirinin müavini Mariam Valişvili bildirib ki, Xəzər regionunda hasil edilən karbohidrogen ehtiyatlarının böyük hissəsi Gürcüstan vasitəsilə danışır. O qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlıq təqdirəlayiqdir. "Gürcüstan Azərbaycanın iqtisadi artımından yararlanmaqdadır. Həyata keçirilən layihələr ölkəmizin enerji təhlükəsizliyini xeyli möhkəmləndirdi”, - deyə M. Valişvili əlavə edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR