Bank Of Baku

Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının ilk iclasının iştirakçıları məlum olub

Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının ilk iclasının iştirakçıları məlum olub
# 09 fevral 2015 14:05 (UTC +04:00)

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, iclasın Bakıda keçirilməsi təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyev çıxış edib.

 

Ölkə başçısı tərəfindən Məşvərət Şurasının işinin təşkili ilə bağlı məsələlərin icrası Energetika Nazirliyinə tapşırılıb.

 

Şuranın iclasında "Cənub Qaz Dəhlizi" layihəsinin icrası, idarə olunması, mövcud vəziyyəti ilə bağlı konkret tövsiyələr veriləcəkdir. Məşvərət Şurasının iclasında "Cənub Qaz Dəhlizi" layihəsinin iştirakçısı olan ölkələrin - Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstanının enerji nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin, Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidentinin, Beynəlxalq Maliyyə Korporasiyasının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Azərbaycan Dövlət Neft Şirkəti, "BP-Azebajian", Trans Anadolu Boru Kəməri (TANAP), Trans-Adriatik Boru Kəməri (TAP) və digər beynəlxalq qurumların rəsmi nümayəndələrinin iştirakı nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR