Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Aprelin 25-də Bakı şəhərində MDB Elektroenergetikası Şurasının 45-ci iclası keçiriləcək.
“Azərenerji” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, iclasda Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistanın müvafiq qurumlarının nümayəndələrinin iştirakı gözlənilir.
Yeri gəlmişkən, şuranın iclası Bakıda üçüncü dəfə keçirilir.
Qeyd edək ki, Elektroenergetika Şurası və onun iş orqanı olan İcra Komitəsi 1992-ci ilin fevral ayında MDB-nin iştirakçı ölkələrinin hökumət rəhbərləri tərəfindən imzalanan müqaviləyə müvafiq olaraq formalaşdırılıb. Onun əsas vəzifəsi - birləşmiş elektroenergetika sistemlərinin effektli fəaliyyəti əsasında dövlətlərin iqtisadiyyatını və əhalisini dayanıqlı elektrik enerjisi ilə təmin olunması istiqamətində enerji sistemlərin fəaliyyətinin koordinasiya etməkdən ibarətdir.