Bank Of Baku

Bakıda pərakəndə ticarət dövriyyəsi 3%-dən çox artıb

Bakıda pərakəndə ticarət dövriyyəsi 3%-dən çox artıb
# 09 fevral 2018 09:17 (UTC +04:00)

2017-ci ildə Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi 2016-cı ilə nisbətən 3,3% artaraq 19613,5 mln. manat olub.

 

Bakı Şəhər Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7% artaraq 9583,8 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,2% artaraq 10029,7 mln. manata bərabər olub.

 

İstehlak məhsullarının 18,7%-i hüquqi şəxs statuslu müəssisələrdə, 68,8%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 12,5%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

 

Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 45 mln. manatlıq və ya əvvəlki ilə nisbətən 3,6 dəfə çox istehlak məhsulları satılıb. Elektron şəbəkə vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 98,1%-i hüquqi şəxslərdən, 1,9%-i isə fərdi sahibkarlardan alınıb. Satışın bu növü vasitəsilə əsasən qeyri-ərzaq məhsullar realizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR