Bank Of Baku

Bakıda sənaye istehsalı 1% artıb

Bakıda sənaye istehsalı 1% artıb
# 30 mart 2018 15:28 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə  müqayisədə 1% artaraq 6,3 mlrd. manat təşkil edib.

 

Bakı Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, sənaye məhsulunun 85,5%-i mədənçıxarma, 12,1%-i emal, 1,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 84,2% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 87%, xidmətlərin göstərilməsi isə 13% təşkil  edib.

 

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış  ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 mart 2018-ci il vəziyyətinə 326,9 mln. manatlıq hazır məhsul ehtiyatı olub.

 

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 26,9 mln. manat məbləğində digər məhsullar da  mövcud olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR