Bank Of Baku

Bakının 4 rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bakının 4 rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
# 20 aprel 2016 07:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakı şəhəri Sabunçu, Xəzər, Xətai və Abşeron rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Bakı Regional qaz istismarı Departamentinin xidmət əraziləri üzrə orta təzyiqli qaz kəmərlərində, eləcə də daxili qaz təchizatı şəbəkəsində təmir işləri  ilə əlaqədar, 20 aprel 2016-cı il tarixdə  saat  09:00-dan  işlər yekunlaşanadək  Sabunçu rayonunun Bakıxanov və Balaxanı qəsəbələrində, Xəzər rayonunun Şüvəlan qəsəbəsində, Xətai  rayonunun  M.Hadi, S.Ə.Şirvani, Sarayeva, Q.Nəbi, M.Rüstəm, Cavanşir, Sadıqcan, Mehmandarov, Şıxlınski küçələrində. Gəncə prospekti və Zığ yolu ətrafında, Abşeron rayonunun  Mexkalon yaşayış massivi, Xırdalan şəhərinin bir hissəsi, kənd Xırdalan, Ş.Əfəndizadə küçəsi, Bakı-Şamaxı yolunun sağ hissəsi həmçinin Masazır kəndinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR