Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün Bakının bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz sızmasının ləğvi və yeni çəkilmiş qaz kəmərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 1000-dan işlər başa çatanadək Səbail, Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.