Bakı. Aqşin Rafiqoğlu -APA-Economics. Bu gün Bakının bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, yeni çəkilmiş qaz kəmərinin mənbəyə birləşdirilməsi və qaztənzimləyici qurğunun quraşdırılması ilə əlaqədar fevralın 18-də saat 10:00-dan işlər başa çatanadək Qaradağ və Sabunçu rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.