Bank Of Baku

Bakının mədənçıxarma sənayesində istehsal 5,5% azalıb

Bakının mədənçıxarma sənayesində istehsal 5,5% azalıb
# 04 iyul 2017 08:19 (UTC +04:00)

2017-ci ilin yanvar-may aylarında Bakıda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 10,8 mlrd. manat olmaqla əvvəlki ilin analoji dövrünə nisbətən 5,5% azalıb.


Bakı Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 15,7 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 7,8 mlrd. kubmetr təşkil edib.

 

Neft hasilatı 9,2% azalıb, əmtəəlik qaz hasilatı isə əvvəlki ilin müvafiq dövrünün səviyyəsində qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR