Bank Of Baku

Bakının Nərimanov rayonunda təbii qazın verilişində fasilələr yaranacaq

Bakının Nərimanov rayonunda təbii qazın verilişində fasilələr yaranacaq
# 26 avqust 2016 10:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakı şəhəri Nərimanov rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

SOCAR-ın “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Nərimanov rayonu, N. Hacıyev küçəsi ilə F. Yusifov küçəsinin kəsişməsi, 1950-ci məhəllədə yerləşən “RAV” MTK-ya məxsus 120 mənzilli yaşayış binasının qazlaşdırılması məqsədilə çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar avqustun 26-da saat  09:00-dan 18:00-dək Nərimanov rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

 

Aparılan işlərin Binəqədi rayonunun 7 və 8-ci mikrorayonları ərazisinin qaz təchizatına təsir göstərməsi mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR