Bank Of Baku

BANM-də neft-qaz hasilatı məsələlərinə həsr olunmuş beynəlxalq seminar keçirilir

BANM-də neft-qaz hasilatı məsələlərinə həsr olunmuş beynəlxalq seminar keçirilir
# 08 oktyabr 2014 12:51 (UTC +04:00)

Bakı - APA-Economics. Bakı Ali Neft Məktəbində (BANM) “Yataqların işlənməsinin və dənizdə və quruda karbohidrogenlərin hasilatının müasir texnologiyaları” mövzusunda beynəlxalq seminar işinə başlayıb.

 

Məktəbdən “APA-Economics”ə verilən məlumata görə, rektor Elmar Qasımov seminarı açaraq, tədbirin “Əsrin müqaviləsi”nin 20-ci ildönümünə həsr olunduğunu qeyd edib.

 

ARDNŞ-ın dəstəyi ilə Böyük Britaniyanın “Confidence Capital ltd.” şirkəti ilə birlikdə keçirilən seminarın məqsədi Azərbaycanın neft-qaz yataqlarının işlənməsində, o cümlədən quruda və dənizdə karbohidrogenlərin hasilatı sahəsində əldə etdiyi təcrübənin xarici ölkələrin mütəxəssisləri arasında yayılmasıdır.

 

Bildirilib ki, seminarın məşğələlərini Neft-qaz mühəndisliyi kafedrasının müdiri, professor Arif Məmmədzadə və Böyük Britaniyadan dəvət olunmuş mütəxəssis Hernan De Kaso aparacaq. Dinləyicilər isə Azərbaycan, Rusiya və Ukraynanın neft-qaz sektorunun mütəxəssisləridir. Oktyabrın 8-9-da seminar iştirakçıları üçün neft-qaz yataqlarının ümumi xarakteristikaları, yataqların işlənməsinin tənzimlənməsi, neftveriminin artırılması üsulları, neft-qaz hasilatı texnologiyaları və s. məsələlər üzrə məruzələr təqdim olunacaq. Oktyabrın 10-11-də seminar iştirakçıları üçün “Neft Daşları”na səfər təşkil olunacaq və seminar 2 gün ərzində orada öz işini davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR