Bank Of Baku

BASF müştərilərinə məhsulların çatdırılmasında çətinliklərlə üzləşib

BASF müştərilərinə məhsulların çatdırılmasında çətinliklərlə üzləşib
# 18 oktyabr 2016 15:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Almaniyanın kimyəvi məhsullar istehsalçısı BASF şirkəti müştərilərinə məhsulların çatdırılmasında çətinliklərlə üzləşib. "APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu BASF-ın Direktorlar Şurasının üzvü Marqret Zukale bildirib.

 

M. Zukalenin sözlərinə görə, buna şirkətin Almaniyada yerləşən zavodunda ötən gün baş verən partlayış səbəb olub.

 

O əlavə edib ki, hələlik partlayışın şirkətə vurduğu ziyanı qiymətləndirmək mümkün deyil.
 

Xatırladaq ki, partlayış nəticəsində azı iki nəfər ölüb və 20 nəfər xəsarət alıb. Baş vermiş hadisədən sonra şirkət 20 müəssisəni bağlayıb.
 

Qeyd edək ki, BASF-ın Azərbaycanda da nümayəndəliyi fəaliyyət göstərir. Şirkətdən məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR