Bakı - APA-Economics. Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri təyin olunub.
"APA-Economics" "Resmi Gazete"yə istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin baş naziri Binali Yıldırım müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, Azərbaycan tərəfdən komissiyanın həmsədri baş nazirin birinci müavini Abid Şərifovdur.