Bank Of Baku

Bərdə və Beyləqan rayonunun 3 kənd və 1 qəsəbəsinə təbii qaz verilib

Bərdə və Beyləqan rayonunun 3 kənd və 1 qəsəbəsinə təbii qaz verilib
# 14 noyabr 2012 14:31 (UTC +04:00)

Bakı - APA-Economics. ARDNŞ-ın “Azəriqaz” İstehsalat Birliyi respublikanın qaz təsərrüfatının yaxşılaşdırılması, əhalinin “mavi yanacaq”la itkisiz və keyfiyyətli təminatı istiqamətində fəaliyyətini davam etdirir.

 

İB-dən “APA-Economics”ə verilən məlumata görə, noyabrın 14-də Bərdə rayonunun Türkmən kəndinə təbii qaz verilişi bərpa edilib. Bu münasibətlə keçirilən və «Azəriqaz» İB-nin və Bərdə rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə bildirilib ki, 346 abonenti olan Türkmən kəndinə qaz verilişinin bərpası məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 13 186 metr olan müxtəlif diametrli polad və 115 metr polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 23 ədəd siyirtmə, 346 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

 
Beyləqan rayonunun Yeni Xocavənd, Tuğ kəndlərinin və Xocavənd qəsəbəsinin qazlaşdırılması üçün bütün tikinti-quraşdırma işləri də başa çatdırılıb. Bu münasibətlə keçirilən tədbirdə bildirilib ki, ümumilikdə 814 abonenti olan qəsəbə və kəndlərə ilk dəfə olaraq qaz xətləri çəkilib. Bunun üçün birpilləli sistem əsasında uzunluğu 18 000 metr polietilen boru çəkilib, 814 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR