Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Yanvarın 13-də “Təmiz Şəhər” ASC-in Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda silah-sursat hissələri tapılıb.
“Təmiz Şəhər” ASC-nin Mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, iş prosesi zamanı işçilər məişət tullantılarını çeşidləyərkən zibil kütləsi arasında müxtəlif növ silah güllələri tapıb.
Təhlükə törədə biləcək əşyalar ümumi tullantılardan ayrılıb.
Müəssisəyə polis dəvət olunaraq silah-sursat hissələri təhvil verilib.
“Təmiz Şəhər” ASC əməkdaşlarının aşkarlayaraq polisə təhvil verdiyi silah-sursat hissələri bunlardır:
1. 21 ədəd - 5.45 çaplı patron
2. 10 ədəd - 7.62 çaplı patron
3. 1 ədəd - 12.7 çaplı patron
4. 1 ədəd - 30 mm mərmi.