Bank Of Baku

Vitse-prezident: "BP və tərəfdaşları Azərbaycana 66 mlrd. dollar investisiya qoyub"

Vitse-prezident: "BP və tərəfdaşları Azərbaycana 66 mlrd. dollar investisiya qoyub"
# 02 iyun 2017 10:09 (UTC +04:00)

BP şirkətinin əməliyyatçısı olduğu layihələr vasitəsilə BP və tərəfdaşları tərəfindən Azərbaycana təxminən 66 mlrd. ABŞ dolları investisiya qoyulub.

 

APA-Economics”in bu gün Bakıda keçirilən 24-cü Beynəlxalq Xəzər Neft-Qaz konfransında “BP-Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Onun sözlərinə görə, “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından bu günə qədər 3 mlrd. bareldən artıq neft hasil edilib: "Ötən 12 il ərzində biz AÇG yatağından təxminən 30 mlrd. kubmetrdən artıq səmt qazı hasil edib Azərbaycana təhvil verilib”.

 

O bildirib ki, 2006-cı ilin sonundan etibarən “Şahdəniz” layihəsi regional bazarlara 80 mlrd. kubmetrdən artıq qaz nəql edib: “Bakı-Tbilisi-Ceyhan (BTTC) boru kəməri vasitəsilə 360 mln. tondan artıq, yəni 2,7 mlrd. bareldən çox xam neft nəql edilərək 3550-dən artıq tankerə yüklənib və neft bazalarına göndərilib".

 

BP şirkəti bu vaxta qədər Azərbaycandakı sosial layihələrə 72 mln. dollara yaxın vəsait ayırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR