Bank Of Baku

Beynəlxalq Sənaye Konfransı çərçivəsində Azərbaycanın biznes və investisiya imkanlarının təqdimatı olub - FOTO

Beynəlxalq Sənaye Konfransı çərçivəsində Azərbaycanın biznes və investisiya imkanlarının təqdimatı olub - <span style="color: red;">FOTO
# 27 noyabr 2014 13:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Sənaye ili” çərçivəsində Bakıda keçirilən “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda Beynəlxalq Sənaye Konfransı bu gün öz işini davam etdirib.

 

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iİqtisadiyyat və Sənaye Nazirliyi, BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə keçirilən konfransın 2-ci günü “Azərbaycanda investisiya imkanları və sənayenin hərtərəfli və davamlı inkişafı üçün əməkdaşlığın gücləndirilməsi” mövzusunda panel sessiya keçirilib.

 

Əvvəlcə kənd təsərrüfatı, qida, sənaye, səhiyyə, tikinti, İKT və s. sahələrdə fəaliyyət göstərən yerli və xarici iş adamları arasında işgüzar görüşlər keçirilib, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılıb. Sonra Naxçıvan Muxtar Respublikasının sənaye potensialına dair film nümayiş olunub.

 

Rəsmi şəxslərin və iş adamlarının iştirak etdiyi panel sessiyada Naxçıvanın iqtisadiyyat və sənaye naziri Famil Seyidov çıxış edərək Naxçıvan MR-nin iqtisadi göstəricilərini, sənaye sahəsində əldə etdiyi uğurları iştirakçıların diqqətinə çatdırıb. Bildirilib ki, Naxçıvanda sənayenin inkişafı istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində müasir texnologiyalara əsaslanan istehsal və emal müəssisələri yaradılmış, məhsul istehsalının çeşidi artıb. Hazırda sənayenin inkişafı istiqamətində tədbirlər davam etdirilir.

 

Panel sessiyada “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Rövşən Nəcəf şirkətin fəaliyyətinə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov ölkəmizin biznes və investisiya imkanlarına, “NORM” MMC-nin kommersiya direktoru Fuad Musayev müəssisəyə dair məlumat veriblər.

 

İtaliyanın “AREA Science Park”ın nümayəndəsi Stefen Teylor, Avropa İnvestisiya Bankının Şərq ölkələri və Mərkəzi Asiya departamentinin müdir müavini Cani Pietikaynen, Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz, Moldova və Belarus üzrə direktoru Bruno Balvanera isə panel sessiyadakı çıxışlarında sənaye sahəsində əməkdaşlığa dair fikirlərini bölüşüblər.

 

Bu gün həmçinin, konfrans iştirakçıları Sumqayıt Kimya Sənaye və Sumqayıt Texnologiyalar parklarının, “Azgüntex” MMC-nin fəaliyyəti ilə tanış olacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR