Bakı. Yeganə Laçınzadə - APA-Economics. Dünya birjalarında neftin qiyməti 1 barelə görə 20 dollara qədər düşə bilər.
“APA-Economics”in Böyük Britaniyanın “The Times” qəzetinə istinadən verdiyi məlumata görə, buna əsas səbəb Fars körfəzi ölkələri ilə ABŞ-ın şist qaz istehsalçıları arasında davam edən qarşıdurma göstərilir.
Neftin qiymətinin 20 dollar həddinə düşəcəyi halda 20 illik antirekord yenilənə bilər.
Qeyd edək ki, yanvarın 14-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,42 dollar azalaraq 1 barelə görə 45,47 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,42 dollar ucuzlaşaraq 46,17 dollar olub.