Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakının Binəqədi rayonunun bir hissəsində təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Xocahəsən avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar bu gün işlər başa çatanadək Binəqədi rayonu Sulutəpə və Xocahəsən qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.