Bank Of Baku

Bir neçə ölkədə AES-lərin tikintisində iştirak edən şirkət özlləşdirilir

Bir neçə ölkədə AES-lərin tikintisində iştirak edən şirkət özlləşdirilir
# 28 dekabr 2016 14:20 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsi "Azərenerjitikintiquraşdırma" ASC-ni investisiya müsabiqəsinə çıxarıb.

 

Komitədən "APA-Economics"ə verilən məlumata görə, müəssisə 1939-cu ildə fəaliyyətə başlayıb, 1969-1991-ci illərdə "Azərenerjitikinti" tresti adı ilə fəaliyyət göstərib. 1993-cü ildə "Azərenerjitikintiquraşdırma" dövlət şirkəti yaradılıb və 1998-ci ildə həmin şirkətin bazasında "Azərenerjitikintiquraşdırma" ASC yaradılıb. Bu müəssisə respublikada energetika tikintisi sahəsində ixtisaslaşmış təşkilat olub. Son 30 ildə müəssisə tərəfindən 4 su elektrik stansiyası və 1 dövlət rayon elektrik stansiyası (DRES) tikilib. Müəssisə eyni zamanda bir çox keçmiş SSRİ respublikalarında DRES-in tikintisini həyata keçirib, Kuba, Yəmən, Vyetman, Suriya və digər ölkələrdə istilik və atom elektrik stansiyalarının tikintisində iştirak edib.
 

Hal-hazırda müəssisə fəaliyyət göstərmir.

 

Şirkətin nizamnamə kapitalı 1 mln. 446 min 200 manatdır. Buraxılmış səhmlərin sayı 723 100 ədəddir. Qiymətli kağızların ilkin ticarət qiyməti 2 manatdır. Hazırda satılan səhm zərfinin həcmi 475 857 ədəd (65,81%) təşkil edir.

 

Müəssisənin kreditor borclarının həcmi 5 mln. 77 min 864 manatdır.

 

Müəssisə hal-hazırda fəaliyyət göstərmədiyi üçün bazarda xüsusi yerə malik deyildir. Lakin tam gücü ilə fəaliyyət göstərdiyi dövrdə onun 2000-ə yaxın işçisi olub və eyni zamanda müəssisə öz xidmətlərini keçmiş SSRİ respublikalarına da ixrac edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR