Bank Of Baku

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
# 22 noyabr 2013 08:14 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün Azərbaycanda bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar 22 noyabr 2013-cü il tarixində saat 09:00-dan Şəki rayonuna və Siyəzən rayonunun bir hissəsinə, saat 09:00-dan 18:00-dək İsmayıllı, Xızı və Abşeron rayonlarının bir hissəsinə, saat 10:00-dan Suraxanı rayonunun bir hissəsinə, saat 10:00-dan 12:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 10:00-dan 16:00-dək Şamaxı rayonunun bir hissəsinə, saat 10:00-dan 18:00-dək Ucar, Xətai, Tovuz və Sabunçu rayonlarının bir hissəsinə, saat 11:00-dan 12:00-dək Nizami rayonunun bir hissəsinə, saat 11:00-dan 14:00-dək Sumqayıt şəhərinin bir hissəsinə, saat 11:00-dan 18:00-dək Gədəbəy rayonunun bir hissəsinə, saat 14:00-dan 15:00-dək isə Səbail rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR