Bakı - APA. Prezident İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilib:
Bəkirli Asif Şahnəzər oğlu
Həsənov Fazil Qurban oğlu
Hüseynov Nazim Həsən oğlu
Məmmədov İlqar Hacı oğlu
Seyfullayev Qağaməli Höküməli oğlu