Bank Of Baku

BMT İnsan Hüquqları Şurasının İşçi qrupu ARDNF-da olub

BMT İnsan Hüquqları Şurasının İşçi qrupu ARDNF-da olub
# 26 avqust 2014 16:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının biznes və insan hüquqları üzrə İşçi qrupu nümayəndə heyəti arasında görüş keçirilib.

 

ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, Ş.Mövsümov ARDNF-ın fəaliyyəti, fondun vəsaitlərinin idarə edilməsi, investisiya fəaliyyəti, Neft Fondu tərəfindən maliyyələşdirilən layihələr, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi barədə qonaqlara ətraflı məlumat verib.

 

Görüşün sonunda Ş.Mövsümov ARDNF-ın fəaliyyətinə və MHŞT-nin tətbiqi prosesinə dair qonaqları maraqlandıran sualları cavablandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR