Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Wood Group” enerji şirkəti BP şirkəti ilə müqavilə bağlayacaq.
“APA-Economics”in verdiyi xəbərə görə, müqavilənin dəyəri konkret açıqlanmasa da, onun dəyərinin "milyonlarla ölçüldüyü" bildirilir.
Beş illik sövdələşmənin şərtlərinə əsasən, “Wood Group” BP-nin Meksika Körfəzi, Böyük Britaniya, Norveç kontinental yataqları və Azərbaycanda dənizdə olan mövcud sualtı infrastrukturunu mühəndis xidmətləri ilə təchiz edəcək.