Bank Of Baku

"BP Azerbaijan"a yeni azərbaycanlı vitse-prezident təyin edilib

"BP Azerbaijan"a yeni azərbaycanlı vitse-prezident təyin edilib
# 25 iyun 2018 12:47 (UTC +04:00)

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə modernləşdirmə və transformasiya proqramına rəhbərlik edən Nərminə Nəbiyeva 18 iyun 2018-ci il tarixindən şirkətin insan resursları üzrə vitse-prezidenti təyin olunub.

 

“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu vəzifədə N. Nəbiyeva BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun, həmçinin  BP-nin apstrim seqmentinin insan resursları üzrə regional rəhbər qrupunun üzvü olacaq.

 

N. Nəbiyeva bu yeni vəzifəyə biznes əlaqələri və rəhbərlik sahəsində zəngin təcrübəsi ilə gəlir. Bundan əvvəl o,   BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə insan resursları şöbəsində, Hindistanda  BP-nin “Reliance” şirkəti ilə tərəfdaşlığı fəaliyyətində və BP-nin apstrim seqmentinin talant və öyrənmə qrupunda  çalışıb.

 

Nərminənin Dövlət İdarəçilik Akademiyasından dövlət idarəçiliyi və iqtisadiyyat üzrə bakalabr dərəcəsi və Böyük Britaniyanın Robert Qordon Universitenindən menecment üzrə diplomu var.  O həmçinin İnsan Resurslarının İdarə Olunması və İnkişafı üzrə ixtisaslaşmış İnstitutun (CİPD) üzvüdür.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR