Bank Of Baku

BP: Bu il «Azəri-Çıraq-Günəşli» yataqlarında neft hasilatı azalacaq

BP: Bu il «Azəri-Çıraq-Günəşli» yataqlarında neft hasilatı azalacaq
# 29 yanvar 2014 13:42 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında layiənin operatoru olan BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qordon Birrel bildirib.

 

Onun sözlərinə görə, bu göstərici əvvəlki ilin səviyyəsində qalıb: «Bu il gözlənilən hasilatın həcmi hələ məlum deyil. Bu il neft hasilatının nə qədər olacağı «BP-Azerbaijan» tərəfindən Azərbaycan Dövlət Neft Şirkəti ilə razılaşdırılmalıdır. Düşünürük ki, bu rəqəm 2013-cü ildəkindən az olacaq».

 

Q.Birrel hasilatın azalmasını AÇG blokunda istismar olunan 2 platformanın bağlanması ilə əlaqəli olacağını bildirib: «Bu il «Mərkəzi Azəri» və «Qərbi Azəri» dəniz platformalarının fəaliyyəti tam dayandırılacaq. Quyulardan daha yaxşı və keyfiyyətli neft əldə etmək üçün buna böyük ehtiyac var. Platformaların nə zaman dayandırılacağının vaxtı ictimaiyyətə açıqlanacaq. Lakin düşünürük ki, bu platformaların dayandırılması müddəti çox uzun çəkməyəcək».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR