Bank Of Baku

BP: Neft-qaz şirkətləri qiymətləndirmə aparmadan İrana investisiya yatırmamalıdır

BP: Neft-qaz şirkətləri qiymətləndirmə aparmadan İrana investisiya yatırmamalıdır
# 18 oktyabr 2016 15:16 (UTC +04:00)

Bakı - APA-Economics. "Neft-qaz şirkətləri müvafiq qiymətləndirmə aparmadan İrana investisiya yatırmamalıdırlar". "APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bunu "Oil&Money Conference 2016"-də çıxışı zamanı BP-nin baş icraçı direktoru Robert Dadli bildirib.

 

Onun sözlərinə görə, ABŞ-ın İrana qarşı yürütdüyü sanksiyalar məsələsində diqqətli olmaq lazımdır.

 

"Hazırda dünyada kapital uğrunda amansız mübarizə gedir. Ona görə, İrana sırf İran olduğu üçün investisiya yatırmaq düzgün deyil. Düzdür, mən hazırda İranın neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlər üçün yaradılan şəraitlə tanış deyiləm. Ümumiyyətlə ABŞ-ın İrana dəqiq hansı sanksiyaları tətbiq etdiyini heç kim bilmir. ABŞ-ın iki qrup sanksiyaları mövcuddur və buna görə də ehtiyatlı olmaq lazımdır. İrana qarşı yürüdülən sanksiyaları bir çox insan anlamır. Mən İrana investisiya yatırımının əleyhinə deyiləm. Onların iqtisadi cazibəliyi varsa, deməli, investisiya yatırmağın mənası da var. ", - deyə R. Dadli bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR