Bakı - APA-Economics. Neft sənayesi "qara qızıl"ın qiymətinin azı 1 il aşağı səviyyədə olmasına hazır olmalıdır.
"APA-Economics"in "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın BP şirkətinin rəhbəri Bob Dadli deyib.
"Biz hazırda yeni fazaya daxil olduq. Neftin qiymətləri yaxın və orta perspektivdə aşağı səviyyədə olacaq", - deyə B. Dadli qeyd edib.
Xatırladaq ki, neft-qaz nəhəngi investisiya portfelini 20 mlrd. dollar həddinə endirib. Bu göstərici ötən il ilə müqayisədə 13% azalma deməkdir.