Bank Of Baku

BP: Səngəçal terminalından gündəlik 27 mln. kubmetr "Şahdəniz" qazı ixrac edilib

BP: Səngəçal terminalından gündəlik 27 mln. kubmetr "Şahdəniz" qazı ixrac edilib
# 20 noyabr 2017 09:51 (UTC +04:00)

2017-ci ilin III rübü ərzində "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

 

"BP-Azerbaijan" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barrel neft və "Şahdəniz" qazı üçün təqribən 29,5 mln. standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 mln. standart kubmetr təşkil edir.


Doqquz ay ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla təqribən 211 mln. barel neft və kondensat, o cümlədən 189 mln. barreldən artıq Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 20 mln. barrel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 1,8 mln. barrel ayrıca kondensat ixrac kəməri vasitəsilə ixrac edib.


Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri və terminalın qaz emalı obyektlərini "Azəriqaz" İB-nın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

 

Üç rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 27 mln. standart kubmetr (949 mln. standart kubfutdan artıq) "Şahdəniz" qazı ixrac edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR