Bakı - APA-Economics. Ötən il karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar xarici sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlərin ümumi məbləği 2,2 mln. manat və yaxud 2,1 mln. dollar olub.
"APA-Economics" xəbər verir ki, vəsaiti "BP Eskploreyşn (Azerbaijan)" Şəfəq-Asiman yatağının işlənməsinə görə ödəyib.