Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rusiya rublunun dollara nisbətdə 47% ucuzlaşması BP şirkətinin 2014-cü ilin dördüncü rübündə 750 mln. dollar itirməsinə gətirib çıxara bilər.
“APA-Economics”in məlumatına görə, bu barədə “Financial Times” qəzeti məlumat verib.
Qeyd edək ki, Böyük Britaniya şirkəti Rusiyanın neft-qaz nəhəngi olan “Rosneft” şirkətindəki payı 19,75% təşkil edir. Ancaq Ukraynada baş verən münaqişəsi nəticəsində Rusiyaya tətbiq edilən sanksiyalar və neftin qiymətinin enməsi BP-nin vəziyyətini xeyli pisləşdirib.
Ötən ilin dekabrın 18-nə “Rosneft” şirkətinin nizamnamə kapitalının səviyyəsi 35,6 mlrd. dollara enib ki, bu göstərici şirkətin ötən ilin əvvəlində TNK-BP (BP ilə “Rosneft”in müştərək şirkəti) şirkətinə ödədiyi 54,5 mlrd. dollardan azdır.