Bank Of Baku

BP və onun Azərbaycandakı tərəfdaşları sosial layihələrə 71 mln. dollar yatırıb

BP və onun Azərbaycandakı tərəfdaşları sosial layihələrə 71 mln. dollar yatırıb
# 17 fevral 2017 13:47 (UTC +04:00)

"British Petroleum" (BP) və onun əməliyyatçısı olduğu layihələrdəki tərəfdaşları bu gün BP və tərəfdaşlarının maliyyələşdirdiyi texniklərin təliminin ikinci məzun buraxılışını qeyd edir. "APA-Economics" xəbər verir ki, bu gün 47 məzuna sertifikatlar təqdim edilib.

 

Bu layihə BP və tərəfdaşlarının Azərbaycanda neft-qaz əməliyyatlarına cəlb edilmiş yerli işçi qüvvəsinin təlimi və inkişafında SOCAR ilə əməkdaşlıq etmək öhdəliyi çərçivəsində həyata keçirilir.

 

Bu öhdəliyin bir hissəsi kimi, BP və tərəfdaşları ötən iki il ərzində yerli icmaların nümayəndələrindən ibarət böyük bir qrupa peşə və texniki təlim üzrə dəstək verib. Bunlara əsasən Səngəçal terminalı yaxınlığında yaşayan Səngəçal, Ümid, Əzimkənd və Qobustan qəsəbələrindəki icmalar daxildir.

 

Təlimlər SOCAR-ın Qobustan Regional Texniki Təlim Mərkəzində keçirilib. Bu vaxtadək BP və tərəfdaşları 2015-ci ildə 79 nəfər və 2016-cı ildə 47 nəfər olmaqla ümumilikdə Mərkəzdə 126 nəfər texnikin təlimini maliyyələşdirib. Bu dəstək  əsasən təlimdə iştirak edən  tələbələrin 10 aylıq təhsil haqlarını əhatə edib.

 

BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, Azərbaycanda fəaliyyət göstərdiyi 25 ildən artıq müddət ərzində şirkət hökumətlə və öz tərəfdaşları ilə sıx işləyərək bu ölkədə dünya səviyyəli yerli bacarıqların, o cümlədən sənaye və insan potensialının inkişafı ilə bağlı səylərə dəstək verib: "Bura Azərbaycan vətəndaşları üçün təlim və inkişaf imkanlarının yaradılmasında əməkdaşlıq da daxildir. Bu məqsədlə bir neçə il əvvəl biz Qobustan Regional Təlim Mərkəzində yerli texniklərə təlimlər keçirilməsi üçün SOCAR-la Anlaşma Memorandumu imzaladıq. Hesab edirik ki, bu əməkdaşlıq çox uğurlu olub və yerli icmalardan təxminən 130-a yaxın nümayəndə  artıq təlimdə iştirak edərək yüksək ixtisaslı texnik kimi sertifikatlar alıb. 2015-ci ildə BP və tərəfdaşları 79 nəfər, 2016-cı ildə 47 nəfər olmaqla ümumilikdə Mərkəzdə 126 nəfər texnikin təlimini maliyyələşdirmişik. Sazişdə 100 nəfərin təlim keçməsi nəzərdə tutulmuşdu, buna baxmayaraq biz artıqlaması ilə üzərimizə götürdüyümüz öhdəliyi yerinə yetirmişik".


Vitse-prezident əlavə edib ki, bu günə qədər BP və onun tərəfdaşları sosial layihələrə 71 mln. dollarlıq investisiya yatırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR