Bank Of Baku

BTC-nin səhmdarı 8 mlrd. dollar dəyərində aktivlərini satır

BTC-nin səhmdarı 8 mlrd. dollar dəyərində aktivlərini satır
# 11 noyabr 2016 09:46 (UTC +04:00)

ABŞ-ın ən iri neft şirkəti olan "ConocoPhilips" 5-8 mlrd. dollar dəyərində təbii qaz aktivlərini satışa çıxaracaq. "APA-Economics" şirkətin yaydığı açıqlamaya istinadən xəbər verir ki, "ConocoPhilips" yaxın 4 il ərzində qeyd edilən dəyərdə olan qaz aktivlərini satmağı planlaşdırır.

 

"ConocoPhilips" aktivlərinin satışı ilə hazırda 28,7 mlrd. dollara çatan borcunu azaltmağa çalışır.
 

"ConocoPhilips" satacağı aktivlər arasında bazar dəyəri 5 mlrd. dollar olan "Chesapeake Energy" korporasiyası da var.
 

Qeyd edək ki, "ConocoPhilips" Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsində 2,5%-lik paya malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR