Bakı - APA-Economics. Fransanın "Total" neft-qaz şirkəti investisiyalarının və xərclərinin həcmini azaltmaqda davam edəcək.
"APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bununla şirkət aşağı neft qiymətləri fondunda rentabelliyini qorumaq niyyətindədir.
2017-ci ildə şirkət əsaslı xərclərini builki 18-19 mlrd. dollardan 15-17 mlrd. dollaradək azaltmağı planlaşdırır. Buna baxmayaraq, bu il "Total" əməliyyat xərclərini 2,4 mlrd. dollar, növbəti il 3 mlrd. dollar, 2018-ci ildə isə 4 mlrd. dollar azaldacaq.
Şirkətin açıqlamasında bildirilir ki, 2017-ci ildə şirkətin mənfəətlə işləməsi üçün "Brent" markalı neftin 1 barrelinin dəyəri 55 dollar səviyyəsinə qalxmalıdır.
Qeyd edək ki, "Total" Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsində 5%-lik paya sahibdir.