Bank Of Baku

BTC Ceyhandan 2500-cü tankeri yola salıb

BTC Ceyhandan 2500-cü tankeri yola salıb
# 22 aprel 2014 12:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. BP-nin əməliyyatçısı olduğu Bakı-Tbilisi-Ceyhan şirkəti (BTC Co.) BTC vasitəsi ilə ixrac olunmuş neftin yüklənildiyi 2500-cü tanker Türkiyənin Ceyhan terminalından yola düşüb.

 

“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, “Vinga” adlı tanker aprelin 15-də Ceyhan dəniz terminalına gəlib və dünən neftin yüklənilməsi başa çatdıqdan sonra İspaniyaya yola düşüb. Bu tankerə Bakı yaxınlığındakı Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ixrac edilən 735 000 barel neft yüklənib. Tankerə yüklənilmiş xam neft Azərbaycan Dövlət Neft Fonduna məxsusdur.

 

BTC vasitəsilə nəql olunan və Ceyhan terminalından dünya bazarlarına yola salınan neft əsasən Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz yataqlarından hasil edilir. 1 768 km uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayından istismara verilib. Həmin vaxtdan etibarən BTC boru kəməri ümumilikdə 1,9 mlrd. bareldən artıq (256 mln. ton) xam neft nəql edərək dünya bazarlarına göndərib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR