Bank Of Baku

BTC ilə nefti nəqli 10%-dək azalıb

BTC ilə nefti nəqli 10%-dək azalıb
# 08 sentyabr 2017 09:01 (UTC +04:00)

2017-ci ilin avqust ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 mln. 484 min 700 ton Azərbaycan nefti nəql olunub ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 0,53% azdır.


"APA-Economics" SOCAR-ın açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, iyul ayı ilə müqayisədə isə BTC ilə nəql olunan neftin həcmi 3,39% artıb.


Bu ilin yanvar-avqust aylarında kəmərlə 18 mln. 62 min 280 ton neft ötürülüb ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 9,63% azdır.


Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən cari ilin sentyabr ayının 1-dək BTC-yə 339 mln. 600 min 342 ton neft vurulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR