Bank Of Baku

BTC kəməri ilə nəql olunan neftin həcmi 7% azalıb

BTC kəməri ilə nəql olunan neftin həcmi 7% azalıb
# 07 sentyabr 2015 14:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin avqust ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 mln. 298,159 min ton Azərbaycan nefti nəql olunub.

 

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 7,15% azdır.

 

Bu ilin yanvar-avqust aylarında bu kəmərlə 19 mln. 157,662 min ton neft ötürülüb. Bu da 2014-cü ilin səkkiz ayı ilə müqayisədə 2,1% azdır.

 

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il sentyabr ayının 1-ə qədər BTC-yə 282 mln. 982,359 min ton neft vurulub. Bundan başqa, 2015-ci ilin avqust ayında BTC kəməri ilə ümumilikdə 347,050 min ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR