Bank Of Baku

BTC və AÇQ-nin səhmdarı bəzi aktivlərini satır

BTC və AÇQ-nin səhmdarı bəzi aktivlərini satır
# 05 avqust 2016 15:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. ABŞ-ın ikinci ən iri neft-qaz şirkəti olan "Chevron" əməliyyat xərclərinin azaldılması çərçivəsində Asiya-Sakit Okean regionunda aktivlərini satır.


"APA-Economics" xəbər verir ki, satışa çıxarılan aktivlər arasında Çində şelf ərazilərdə neft hasilatı ilə məşğul olan birgə müəssisə olan CNOOC korporasiyası da var. "Chevron" Çindəki aktivinin satışından 1 mlrd. dollar qazanmaq niyyətindədir.
 

Bundan başqa, korporasiya İndoneziya və Tailanddakı aktivlərindən də qurtulmaq istəyir.

 

Ümumilikdə, korporasiya Asiyadakı aktivlərini bu aydan etibarən satmağa başlayacaq. Şirkət satışlardan 5 mlrd. dollar əldə etmək niyyətindədir.
 

Qeyd edək ki, "Chevron" Bakı-Tbilisi-Qars layihəsində 8,9%, Azəri-Çıraq-Günəşli layihəsində isə 11,27%-lik paya malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR