Bank Of Baku

Bu gün Azərbaycanın 9 rayonunda qaz təchizatı məhdudlaşdırılacaq

Bu gün Azərbaycanın 9 rayonunda qaz təchizatı məhdudlaşdırılacaq
# 05 fevral 2016 06:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakının Binəqədi, Xəzər, Sabunçu, Suraxanı həmçinin Abşeron, Hacıqabul, Şabran, Sabirabad və Lənkəran rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Bakı Regional Qaz İstismarı Departamentinin tabeçiliyində olan inzibati rayonların ərazilərindəki qaz xətlərində aşkar olunmuş qaz sızmalarının ləğvi  və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə fevralın 5-də saat  09:30-dan  işlər yekunlaşanadək Abşeron rayonu Xırdalan şəhərinin bir hissəsi və Qobu, Güzdək, Hökməli qəsəbəsi ərazilərində, Binəqədi rayonunun Binəqədi, Biləcəri, Sulutəpə və Çiçək qəsəbəsi ərazilərində, Xəzər rayonunun Mərdəkan, Zirə və Şüvalan qəsəbəsi ərazilərində, Sabunçu rayonunun Pirşağı və Nardaran qəsəbələrində, Suraxanı rayonunun Hövsan kənd ərazisi və Bülbülə qəsəbəsində, həmçinin saat 10:00-dan 17:00-dək Hacıqabul, Sabirabad və Şabran rayonlarının, saat 10:00-dan 16:00-dək isə Lənkəran rayonunun bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR