Bank Of Baku

Bu gün Nərimanov, Binəqədi və Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyətlər olacaq

Bu gün Nərimanov, Binəqədi və Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyətlər olacaq
# 16 aprel 2014 07:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakının Nərimanov, Binəqədi və Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

 

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Olimpiya Kompleksi və yeni yol qovşağının tikintisi ilə bağlı tikinti sahəsinə düşən qaz kəmərlərinin təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədar bu gün saat 12:00-dək Nərimanov rayonunun bir hissəsinə, “Şimal DRES” qazpaylayıcı stansiyasında “Sənaye” və “Əhali” kollektorlarının qaz təchizatı mənbəyinə birləşdirilməsi və Binəqədi rayonu 6-cı mikrorayonun qərb hissəsində yeni tikilmiş məscidə gedən avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar isə saat 18:00-dək Binəqədi və Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR