Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin avqust ayının 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 224 mln. ton mənfəət nefti satılıb.
“APA-Economics”in məlumatına görə, bunu Bakıda Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının (İAEE) “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda keçirilən I Avrasiya konfransında SOCAR-ın birini vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
Onun sözlərinə görə, artıq 17-ci ildir ki, “Azəri-Çıraqlı-Günəşli” layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edir: “Mənfəət neftinin həcmi ilbəil artır. Bu ilin 7 ayında dünya bazarlarında satılmış 19,6 mln. ton neftin 11,5 mln. tonu, yəni 57,2 %-i Azərbaycanın payına düşən mənfəət nefti olub”.