Bu ilin yanvar-mart aylarında magistral qaz kəmərləri ilə 6 mlrd. 662,1 mln. kub-metr qaz nəql edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən xəbərə görə, bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,1% artım deməkdir.
Qaz nəqlinin 30,7%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 2 mlrd. 046,2 mln. kub-metr qaz ötürülüb.