Bu ilin yanvar-may ayında Azərbaycanın magistral neft kəmərləri ilə 17478,8 min ton neft nəql edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqletmənin 78,3%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və bu ilin yanvar-may ayları ərzində bu kəmər vasitəsilə 13684,5 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 2685,5 min ton tranzit nefti də nəql edilib.
Bu ilin 5 ayı ərzində ölkənin magistral qaz kəmərləri ilə 9778,5 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,5% artım müşahidə olunub. Qazın nəqlinin 32,7%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 3197,1 mln. kubmetr qaz ötürülüb.